Turnirin ikinci günü gərgin mübarizə şəraitində keçmişdir

       Bildiyimiz kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi ilə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Qusar rayonunda 1 iyul 2021-ci il tarixdən beynəlxalq şahmat turniri start götürüb.
       Turnirin ikinci günü gərgin mübarizə şəraitində keçmişdir.
    Bu gün ikinci turdan sonra beynəlxalq qrossmeyster Nicat Məmmədov turnir işrirakçılarına seans verdi və müəllifi olduğu “Həlledici taktiki zərbələr” adlı kitabını gənc şahmatçılara təqdim etdi.
     Həmçinin şahmatçıların gərgin turlardan sonra səmərəli istirahətini təşkil etmək məqsədilə Qusar rayonunun gözəl meşə zolağına gəzintisi və şəhərin mərkəzindəki Ulu Öndər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuş, Ümummilli Liderin əzəmətli heykəli qarşısında xatirə şəkli çəkilmişdir.
        Günün maraqlı və yaddaqalan hadisələrindən biri də qrandmaster Şəhriyar Məmmədyarovun turnirdə qonaq qismində iştirak etməsi oldu. O, yarış iştirakçılarına öz məsləhətlərini verdi və şahmatçılarla xatirə şəkli çəkdirdi.