Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş şahmat üzrə onlayn turnir keçiriləcəkdir

15 iyul 2021-ci il tarixində saat 20:00-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi “AZƏRBAYCAN BAYRAĞI” ordeni,”VƏTƏN UĞRUNDA” və “ZƏNGİLANIN AZAD OLUNMASINA GÖRƏ” medalları ilə təltif olunmuş Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş şahmat üzrə onlayn turnir keçiriləcəkdir.

Turnir www.lichess.org şahmat portalı üzərindən keçiriləcək. Yarış İsveçrə sistemi üzrə 97 turdan ibarət olaraq, oyuna nəzarət vaxtı 3 dəqiqə olacaqdır.

Turnirdə l, ll, lll yeri tutan qızlar və oğlanlar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılacaq.