“Narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzusunda keçirilən onlayn rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqədə 80-dan çox uşaq və yeniyetmə iştirak edib. Müsabiqə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədi ilə həyata keçirilib.
Qeyd edək ki, rəsm müsabiqəsinin mükafatlandırma mərasimi Sabunçu Gənclər Evində keçirilib. Müsabiqənin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.