Sığınacaqda olan kimsəsiz uşaqlar və şəhid övladları üçün Quba-Qusar rayonuna ekskursiya təşkil edilmişdir

       Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Ailələrə Yardım Birliyinın təşkilatçılığı ilə “Bir körpə gülərsə, bir dünya gülər” layihəsi çərçivəsində sığınacaqda olan kimsəsiz uşaqlar və şəhid övladları üçün Quba-Qusar rayonuna ekskursiya təşkil edilmişdir. Uşaqların əyləncə və səadət dolu bir gün keçirmələri üçün komanda əllərindən gələni etmişdir.

       Ekskursiya çərçivəsində ilk öncə  Quba şəhərində nahar edərək  Nazlı bulaq, Qəçreş meşəliyi, Çənlibel gölü kimi ölkəmizin gözəl guşələrini gəzib,  uşaqlara şəhər haqqında məlumat verdilər. Nahar fasiləsindən sonra uşaqların asudə vaxtlarını səmərəli keçirilmısi üçün Qusarın meşə təpələrində yürüş edildi və uşaqlar üçün bir çox əyləncəli və maarifləndirici oyunlar təşkil edildi. Gözəl çay süfrəsi ilə gəzintini yekunlaşdıran komanda Bakı şəhərinə xoş təəssüratlarla qayıtdılar.