Yasamal rayonunda əhaliyə tibbi maskalar paylanılıb
Yeni növ koronavirus (COVID-19) pandemiyasının sürətlə yayılmasını nəzərə alaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən qabaqlayıcı və maarifləndirici tədbirlər davam edir.
Baş İdarə və Yasamal rayon Gənclər və İdman İdarəsinin təşklatçılığı ilə gənclər əhalinin daha çox toplaşdığı yerlərdə olub, mərkəzi küçələrdə, əhalinin gur toplandığı digər ictimai məkanlarda insanlara tibbi maskalar paylayıblar.
Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək özlərinin, yaxınlarının sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılıb.