Xətai rayonunda yüzlərlə vətəndaşa tibbi maskalar paylanılıb
Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən tədbirlər davam etdirilir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Xətai rayon İcra Hakimiyyətinin, Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə əhalinin sıx olduğu məkanlarda, rayon ərazisindən keçən avtobuslarda, metrostansiyaların girişlərində və ticarət mərkəzlərində ictimai maarifləndirmə işləri aparılaraq vətəndaşlara tibbi maskalar paylanılıb.
Maarifləndirmə zamanı sakinlərlə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılıb, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tövsiyyələr verilib.