Anatoli Banişevskinin  xatirəsinə həsr edilmiş  futbol üzrə ənənəvi Bakı şəhər açıq turniri keçirilmişdir

        Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Bakı Kəndləri Futbol Fexderasiyasının birgə təşkilatçılığı ilə görkəmli futbolçu Anatoli Banişevskinin  xatirəsinə həsr edilmiş  futbol üzrə ənənəvi Bakı şəhər açıq turniri keçirilmişdir. Turnirdə 8 komandanın heyətində 159 futbolşu iştirak etmişdir.  Turnirdə I yeri Coratın “Cürət” komandası, II yeri “Çinar Zəngilan”, III yeri isə Lökbatanın “Dirçəliş” komandası tutmuşdur.
                Qalib və mükafatçı komandalara Baş İdarə tərəfindən kubok, diplom və medallar təqdim edilmişdir.