Könüllülər arasında basketbol (3×3) üzrə yarış keçirilib

      Bakı Şəhər Gənclər və İdman Baş idarəsi və 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin təşkilatçılığı  ilə Xətai rayonunda yerləşən 269 nömrəli tam orta məktəbin meydançasında  könüllülər arasında basketbol (3×3) üzrə yarış keçirilib.
      Yarışda 1-ci yerə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin, 2-ci yerə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin, 3-cü yerə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri layiq görülüb.
        Qalib komandalar Baş İdarə tərəfindən diplom və medallarla təltif olunmuşdur.