Vətən Müharibəsi qazilərinin idmana cəlb olunması ilə bağlı tədbir keçirilmişdir
Bu gün Əlil Arabasında Qılıncoynatma Federasiyasında Vətən Müharibəsi qazilərinin idmana cəlb olunması ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov, Vətən Müharibəsi iştirakçıları, qazilər, paralimpiya çempionları və mükafatçıları iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ərazi bütövlüyümüz uğrunda şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə qeyd edildi ki, qazilərin idmana cəlb olunması və onların cəmiyyətə inteqrasiyasına şərait yaradır və paralimpiya hərəkatına qoşulmalarına şərait yaradır. Cari ilin noyabr ayının 8-nə qədər qazilərimiz arasında qılıncoynatma üzrə “Zəfər Kuboku” yarışı keçiriləcək. Gələcəkdə bu təkcə qılıncoynatma idman növü üzrə deyil, digər idman növlərinə də şamil edilə bilər.
Sonda tədbir iştirakçıları üçün musiqilər təqdim olundu, paralimpiyaçılar nümunəvi çıxışlar təqdim etdilər.
Məlumat üçün bildirmək istəyirik ki, cari ilin aprel ayından bu günə qədər Vətən Müharibəsi iştirakçılarının və qaziləri üçün sosial-psixoloji dəstək, hüquqi yardım və ən əsası idmana dəvət layihəsi davam etməkdədəir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Əlil Arabasında Qılıncoynatma Federasiyasının və rayon Gənclər və İdman İdarələrinin əməkdaşlarının iştirakı ilə yüzlərlə qazilərimizlə görüşlər keçirilmiş onları idmanla, qılıncoynatma idman növü ilə məşğul olmağa dəvət etmişlər.