Mini-futbol turniri keçirilmişdir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Buzovna qəsəbə stadionunda ” 27 sentyabr – Anım Günü”nə həsr olunmuş yeniyetmələr arasında mini-futbol turniri keçirilmişdir. Turnirdə 7 komanda və 98 nəfər futbolçu iştirak etmişdir.
Futbol turnirinin nəticəsinə əsasən 1-ci yeri “İnam” komandası, 2-ci yeri “Xəzri “komandası, 3-cü yeri “Qala-3” komandası tutmuşdur.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.