“Müzəffər Ordumuzun Zəfər Yürüşü” adlı inşa yazı və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsində “27 sentyabr – Anım günü” nə həsr olunmuş orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Müzəffər Ordumuzun Zəfər Yürüşü” adlı inşa yazı və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.
Mükafatlandırma mərasimi Azərbaycan Respublikasının Dövlət Himni ilə açılaraq, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Raqif Abbasov iştirakçıları salamlayaraq 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi tarixi Qələbədən danışıb, iştirakçılara uğurlar arzulamışdır.
Sonda qalib və fəqrlənmiş şagirdlər Baş İdarə tərəfindən müfafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olundular.
Müsabiqənin keçirilməsində məqsəd şanlı Qələbəmizin canlı şahidi olan yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi və onlarda dövlətçilik, vətənə sevgi hissini daha da gücləndirməkdir.
Qeyd edək ki, Baş İdarə tərəfindən 24 sentyabr 2021-ci il tarixdə “27 sentyabr – Anım günü”nə həsr olunmuş orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Müzəffər Ordumuzun Zəfər Yürüşü” adlı inşa yazı və rəsm müsabiqələri keçirilmişdir. Müsabiqələrdə ümumilikdə 155 məktəbli iştirak etmişdir. Bu gün qeyd olunan müsabiqələrin yekun mükafatlandırılmasında iştirak edən məktəblilər həm inşa yazı, həm də rəsm müsabiqəsində qalib olmuş və fərqlənmiş şagirdlərdir. “27 sentyabr- Anım günü”nə həsr olunmuş inşa yazı və rəsm müsabiqələrində iştirak edən şagirdlər ilkin olaraq təmsil olunduqları rayonlar üzrə Gənclər və İdman İdarələri tərəfindən keçirilmiş müsabiqədə iştirak etmişdirlər.