“18 oktyabr – Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar əsgər və zabitlərlə görüş keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “18 oktyabr – Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar əsgər və zabitlərlə görüş keçirilib. Tədbirdə çıxış edənlər tədbirin əsas məqsədinin şəxsi heyətə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olduğunu bildiriblər.
Sonra incəsənət nümayəndələri konsert proqramı ilə çıxış etmişlər. Vətənpərvərlik mahnılarının sədaları altında əsgərlər rəqs etmişlər. Konsert proqramı əsgərlərə xoş ovqat bəxş etmişdir.
Bədii hissədən sonra əsgərlər arasında “Breyn rinq” intellektual oyunu keçirilmisdir. Sonda hərbi xidmətdə fərqlənmiş bir qrup əsgər və zabit heyəti Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunmuşlar.