“Zəfər günü”nə həsr olunmuş  Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

       Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Zəfər günü”nə həsr olunmuş  Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çağırışa qədər və şağırış yaşlı gənclərin ümumi və xüsusi fiziki hazırlıq səviyyələrini müəyyən etmək və yüksəltmək, gənclərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə keçirilən tədbirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin  baş məsləhətçi Cəlil Əlizadə, yarışın baş hakimi, Azərbaycan Atletika Federasiyasının hakimlər kollegiyasının sədri Şirin Vəliyev  iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar.  Yeniyetmə və gənclər arasında keçirilən yarış 100 m və 2000 m məsafələrə qaçış, turnikdə dartınma və qumbara atma növlərindən ibarət olmuşdur.

         Yekun nəticələrə əsasən komanda hesabında I yeri Xətai rayon komandası, II yeri Binəqədi rayon komandası, III yeri Suraxanı rayon komandası tutmuşlar. Şəxsi hesabda I yeri Elgün Xanalıyev (Xətai rayonu), II yeri Anar Əhmədov (Xətai rayonu), III yeri Sadiq Məmmədov  (Xətai rayonu) tutmuşlar. Komanda və şəxsi hesabda fərqlənən idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.
Bakı şəhər çempionatında I və II yerləri tutmuş Xətai və Binəqədi rayon komandaları 5 – 9 noyabr tarixində Xaçmaz rayonunda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.