Binəqədi Gənclər Evində qaliblər mükafatlandırıldı

      Binəqədi rayon Gənclər Evində “Zəfər Günü”nə həsr olunmuş  Vətənin Müdafiəsinə Hazıram  poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında  ikinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Elmar İbadlı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva  və qalib komandanın üzvləri iştirak etmişlər. Çıxış edənlər komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

             Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.