SURAXANI RAYONUNDA QALİBLƏR MÜKAFATLANDIRILDILAR

        Suraxanı rayonu 89 nömrəli tam orta məktəbdə “Zəfər Günü”nə həsr olunmuş  Vətənin Müdafiəsinə Hazıram  poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında  üçüncü yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Elmar İbadlı, Cəlil Əlizadə Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi  Amil Bağırov, 89 nömrəli tam orta məktəbin direktoru Dadaş Baba-zadə və qalib komandanın üzvləri iştirak etmişlər.

        Mükafatlandırma mərasimində  çıxış edənlər  keçirilən yarışın gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu qeyd etmiş, komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.