“17 noyabr– Milli Dirçəliş Günü” ilə əlaqədar əsgər və zabitlərlə görüş keçirilib

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində “17 noyabr– Milli Dirçəliş Günü” ilə əlaqədar əsgər və zabitlərlə görüş keçirilib.

         “N” hərbi hissəsində keçirilən tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət himni səsləndirildi. Tədbirdə  hərbi hissənin rəhbərliyi, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Qaradağ rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov əsgər və zabitləri əlamətdar gün münasibətilə təbrik edərək, tədbirin əsas məqsədinin  şəxsi heyətə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olduğunu bildiriblər.

    Həmçinin əsgərlər arasında “Breyn rinq” intellektual oyunu keçirilmisdir.   Sonda hərbi xidmətdə fərqlənmiş bir qrup əsgər və zabit heyəti Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunmuşlar.