Sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatına start verilib

      Bu gün Tofiq Bəhramov adına Respublika stadionunun idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı (BŞGİBİ) ilə sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatına start verilib.
       Turnirin birinci günündə sərbəst güləş üzrə 10 çəki dərəcəsində 75 idmançı mübarizə aparır.
     Yarışı Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov, BŞGİBİ-nin rəisi Raqif Abbasov, Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, Olimpiya çempionu Namiq Abdullayev, sərbəst güləş üzrə yığma komandanın məşqçisi Arif Abdullayev, Milli Olimpiya Komitəsinin əməkdaşı Həsənağa Rzayev izləyiblər.
         Bu gün sərbəst güləş yarışlarında qaliblər müəyyənləşəcək.
          Noyabrın 19-da isə yunan-Roma güləşı üzrə idmançılar 10 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar.