Baş İdarədə zəfərlə bağlı “Qarabağ”ın iştirakıyla tədbir

      Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Ağdam rayonunun işğaldan azad olunmasının birinci ildönümü və “Qarabağ” futbol klubunun Konfrans Liqasında əldə etdiyi uğurlara həsr olunmuş toplantı keçirilmişdir. Toplantıda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “Qarabağ” futbol klubunun direktoru Əmrah Çəlikələ, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, “İdman Azərbaycan” Televiziyasının sədr müavini Rövşən Binnətli, Supersport saytının baş redaktoru Anar Cəfərsoy, “İmarət”, “Qarabağ Ordu”, “Leydis of Qarabağ” fan klubunun üzvləri iştirak etmişlər. 

         R.Abbasovun açılış çıxışı zamanı Qarabağ zəfəri, Ağdamın erməni işğalından azad olunmasının 1-ci ildönümnə, “Qarabağ”ın beynəlxalq yarışlarda uğurlu çıxışına həsr olunduğunu bildirib. Hamı Azərbaycan Dövlət Himnini canlı oxuyub, ardından tədbir başlayıb. Məktəbli Nurgül Cəfərsoy Azərbaycanın zəfəriylə bağlı şer deyib. Baş İdarə “Qarabağ”ın fəaliyyətini təbliğ edən media nümayəndələrini, həmçinin azarkeşləri mükfatlandırıb. Onlara Azərbaycan bayrağı, diplom, top hədiyyə olunub.