Şəhid övladının istəyi ile görüş keçirildi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Neftçi” Peşəkar Futbol klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Ramid Hacıyevin öğlu Əli Hacıyevin istəyi ilə görüş keçirilib.
“Neftçi” Peşəkar Futbol klubunun təlim-məşq bazasında ilk olaraq balaca Əli komandanın məşqini izləmişdir. Məşqdən sonra klubun rəsmiləri Əlini məşçi korpusu və futbolçularla tanış etmişdir.
Səmimi söhbət zamanı Baş İdarənin əməkdaşı Anar Əsədov görüşdə iştirak edən “Neftçi”komandasının üzvlərinə Əli Hacıyevin şəhid övladı olduğu barədə məlumat vermişdir.
Klubun baş məşqçisi Samir Abasov şəhidin övladına onun adı yazılmış forma, Əlinin ən çox istədiyi futbolçu Emin Mahmudov isə öz formasını və imzalı topu hədiyyə etmişdir.
Sonra Əlinin istəyi ilə meydançada Emin Mahmudov və diğər futbolçularla qapıya zərbələr vurulub. Sonda klub rəsmiləri və şəxsən Emin Mahmudov dekabrın 5-də keçiriləcək Neftçi-Sumqayıt oyununa Əlini dəvət ediblər.
Görüşün sonunda şəhid övladı ilə xatirə şəkilləri çəkdirilib.