Qılıncoynatma üzrə Bakı birinciliyinə yekun vurulub

     Qılıncoynatma üzrə gənclər arasında Bakı birinciliyinə yekun vurulub. Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən turnirdə 2002-2009 təvəllüdlü oğlanlar və qızlar arasında sablya, şpaqa və rapira üzrə yarışlarda qaliblər müəyyənləşib.
     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.