“N” saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş keçirildi
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş keçirildi. Tədbirdə çıxış edən hərbi hissənin komandiri və Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə əsgərləri təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.
Sonra hərbi xidmətdə fərqlənmiş bir qrup əsgər və zabit heyəti Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşlar.
Sonda incəsənət ustaları bayram konserti ilə çıxış etmişlər. Əsgərlər vətənpərvərlik mahnılarının sədaları altında rəqs etmişlər.