Uşaq Evləri və İnternat Məktəblərinin uşaqları arasında bədii-yaradıcılıq festivalı keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhərində yerləşən Uşaq Evləri və İnternat Məktəblərinin uşaqları arasında bədii-yaradıcılıq festivalı keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, xalq artisti Nəzakət Teymurova, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, əməkdar artistlərdən Aygün Hümbətova və Xanım Qafarova, media nümayəndələri və başqaları iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənc istedadları salamlamış, onlara dövlət qayğısının artırıldığını, hər cür imkandan istifadə edərək uşaqların öz yaradıcı qabiliyyətlərinin üzə çıxarılmasını, onların irəliyə gedərək gələcəyə dolğun bir vətəndaş kimi yetişmələrini arzulamışdir. Festivalda iştirak edən kollektivlər musiqi, rəqs, teatr və poeziya nominasiyaları üzrə mübarizə aparmışlar. Nəticələrə görə Milli rəqs üzrə I yer – Nizami rayonu 1 saylı uşaq evi, II yer – Sabunçu rayonu 1 saylı internat məktəbi, III yer – Xətai rayonu SOS Uşaq Kəndi, Mahnı üzrə I yer – Suraxanı rayonu 2 saylı uşaq evi, II yer – Sabunçu rayonu 1 saylı internat məktəbi, III yer – Xətai rayonu 3 saylı uşaq evi, Bədii qiraət üzrə I yer – Xəzər rayonu 4 saylı internat məktəbi, II yer – Nizami rayonu 1 saylı uşaq evi, III yer – Xətai rayonu SOS Uşaq Kəndi, Teatr nominasiyası üzrə I yer – Nizami rayonu 1 saylı uşaq evi, II yer – Nizami rayonu 3 saylı internat məktəbi, III yer – Xətai rayonu 3 saylı uşaq evi, Müasir rəqs üzrə I yer – Xətai rayonu SOS Uşaq Kəndi, II yer – Nizami rayonu 1 saylı uşaq evi, III yer – Xətai rayonu 3 saylı uşaq evi layiq görülmüşdür.
Sonda qalib gələn iştirakçılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.