Gənc cüdoçuların Bakı birinciliyinə start verildi

             Bu gün Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib.
Yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının ilə birgə təşkilatçılığı ilə keçirilir. Yarışda Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 180-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaqlar.
           İki gün davam edəcək gənclər arasında Bakı birinciliyində qızlar -44, -48, -52, -57, -63, -70, -78 +78 kq, oğlanlar isə -55, -60, -66, -73, -81, -90, -100, +100 kq çəki dərəcələrində güclərini sınayacaqlar. Yarışda 2002-2004-cü il təvəllüdlü idamançılar iştirak edəcəklər.