Batut gimnastikası üzrə Bakı çempionatı keçirildi

Yanvarın 29-da Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilib. Yarışda ümumilikdə batut üzrə 33, tamblinq üzrə 21 idmançı qüvvəsini sınayıb.
Turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar (2015), uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük), tamblinq üzrə uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparıblar. Çempionat və birincilikdə ümumilikdə batut üzrə 38, tambliq üzrə 21 idmançı bacarığını nümayiş etdirib.