Stolüstü tennis üzrə Bakı çempionatı başa çatdı
Baş İdarə tərəfindən Şüa İdman Sağlamlıq Kompleksində stolüstü tennis üsrə Bakı şəhər çempionatı keçirilmişdir. Üç gün davam edən çempionatın şəxsi yarışlarında Vəzir Allahverdiyev və Xədicə Əlizadə birinci olublar. Rüstəm Əliyev – Emin Məmmədov, Səbinə Məmmədova – Jalə Qulyeva qoşa, Rəvan Abbasov – Ləman Babayeva qarışıq qoşa yarışlarda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qalib gəlmiş idmançılara diplom və medallar təqdim olunub.