Güllə atıcılığı üzrə Bakı şəhər çempionatı keçiriləcək

Fevralın 17-də Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə paytaxt çempionatı start götürəcək. Turnirdə 10 metr məsafəyə atəşaçma (PTÇ-3 və PT- 4) yarışında idmançılar qüvvəsini sınayacaq.

Yarışlar dörd gün davam edəcək.