Güllə atıcılığı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Bakı çempionatı keçirilib. Yarışda 45 idmançı qalib adı uğrunda mübarizə aparıb.
Pnevmatik tapançadan atəşaçma yarışlarında qadınlar arasında Nigar Nəsirova 566 xalla I yeri , Zərifə Qasımova 550 xalla II yeri , Nəzrin Abbaslı 547 xalla III yeri , kişilərin mübarizəsində Vladislav Kalmıkov 567 xalla I yeri, Elvin Astanov 566 xalla II yeri, Rəhim Rəhimov 561 xalla III yeri tutublar.
Pnevmatik tüfəngdən atəşaçma yarışlarında isə İlahə İsmayılzadə (583,9 xal) və Ramiz Xəlilov (611,1 xal) birinci yeri tutublar.
I, II və III yeri tutmuş idmançılar diplom və medallarla təltif olunub.