Sərbəst güləş üzrə Bakı şəhər çempionatının qalibləri müəyyənləşib

       Martın 1-də Şağan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə “5 mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatı start götürüb.
       Turnirin birinci və ikinci günündə sərbəst güləş üzrə 200-dən çox idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Yekun nəticələrə görə, Muhəmməd İsmayılov (45 kq), Hüseyn Hüseynov (51 kq), Ağa Qasımov (60 kq), Vasif Xudiyev (71 kq), Xəyal Əsgərov (92 kq), Elvin Cəfərquliyev (48 kq), Kamil Əhmədzadə (55 kq), Yusif Salmanov (65 kq), Anar Cəfərli (80 kq), Fərid Qazıyev (110 kq) birinci yeri tutublar.
       Qeyd edək ki, martin 3-ü və 4-ü yunan-Roma güləşi üzrə idmançılar 10 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar.