2006-2007-ci il təvəllüdlü voleybolçu qızlar arasında Bakı birinciliyinə yekun vurulub

           Martın 2-də 2006-2007-ci il təvəllüdlü voleybolçu qızlar arasında keçirilən Bakı birinciliyi başa çatıb. Yarış 6 komanda – “Azərreyl-1”, “Abşeron”, “Murov”, “Xətai”, “Sərhədçi” və “Azərreyl-2”nin iştirak etdiyi yarış dairəvi sistem üzrə təşkil olunub.
            Maraqlı idman mübarizəsi şəraitində keçən görüşlərdən sonra 7 xal toplayan “Abşeron” qalib adını qazanıb. Çempiondan 1 xal az yığan “Sərhədçi” ikinci yeri tutub. İlk üçlüyü 4 xalla “Xətai” qapayıb.
              Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə medal və diplomlar verilib.
                Mükafatları Azərbaycan Voleybol Federasiyasının baş katibi Fərid Xəlilov, “Sərhədçi” voleybol klubunun prezidenti Firdovsi Umudov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Samir Kazımov və digərləri təqdim ediblər.