“5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş turnir keçirildi

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Məmmədyarovlar Şahmat Məktəbinin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş şahmat üzrə beynalxalq reytinqli rapid turniri keçirilmişdir.
      Turnirdə 40-a yaxın yeniyetmə şahmatçılar mübarizə aparıblar. Yeddi turluq mübarizənin sonunda yarışın qalibi, bütün oyunlarını qələbə ilə başa vuraraq Elmir Abbaszadə birinci oldu. İkinci yeri Atilla Cabbarlı, üçüncü yerin sahibi isə Attila Orman oldu. Yarışın nəticələrinə görə, qızlar arasında ən yaxşı nəticəni Ayan Xəlilzadə göstərib. Qızlar arasında ikinci Banu Ağazadə, üçüncü yerin sahibi isə Nəzrin Bəşirzadə olub.
       Yekunda bütün iştirakçılara sertifikat, qaliblərə isə diplom və kubok təqdim edilmişdir.
       Yarışın bağlanış mərasimində Baş İdarənin rəisi Raqif Abbasov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov iştirak edərək şahmarçılara uğurlar arzulamışlar.