“İşğaldan azad olunan torpaqlarımıza bahar gəlir” adlı rəsm müsabiqəsi keçirildi
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbində “İşğaldan azad olunan torpaqlarımıza bahar gəlir” adlı rəsm müsabiqəsi keçirilmşdir.
Tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov uşaqları salamlamış, onlara öz yaradıcılığnda və gələcək həyatlarında uğurlar arzulamışdır.
Yeniyetmə rəssamlar quaş, pastel, sulu boya, karandaş, flomaster, tuş və sair materiallardan məharətlə istifadə edərək maraqlı rəsmlər nümayiş etdiriblər.
Müsabiqənin məqsədi torpaqlarımızın göz oxşayan füsunkar təbiətini, işğal və inkişaf dövrünü uşaq və gənclərin yaddaşına həkk etmək, milli mədəniyyəti və incəsənəti təbliğ etməkdir. Eyni zamanda, xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək və yeni istedadları üzə çıxarmaqdan ibarətdir.
Rəsm müsabiqəsinin iştirakşıları Baş İdarə tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.