Novruz bayramı münasibətilə  əsgər  və zabit heyəti ilə görüş keçirilib

Novruz bayramı münasibətilə  N saylı hərbi hissədə əsgər  və zabit heyəti ilə görüş keçirilib.
Tədbirdə hərbi hissənin komandanlığı, Baş İdarənin, Qaradağ rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər. Tədbirdə BŞGİBİ-nin sektor müdiri Zamin Əhmədov və Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov əsgərləri Novruz bayramı münasibətilə təbrik edib, çətin və şərəfli xidmətdə onlara müvəffəqiyyətlər arzulayıblar.
Sonra hərbi xidmətdə fərqlənən bir qrup əsgər və zabit heyəti BŞGİBİ tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.
Tədbirin sonunda hərbi hissənin rəhbərliyi çıxış edərək qonaqlara təşəkkürünü bildirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib.
Bayram şənliyi incəsənət ustalarının iştirakı ilə davam edib.