Bakı “ASAN xidmət” mərkəzləri arasında stend atıcılıq yarışı keçirilib

ASAN Xidmət Könüllülərinin daha aktiv fəaliyyət keçirmələri məqsədi ilə 31 mart 2022-ci il tarixində Bakı Şəhər İdman və Gənclər Baş idarəsinin və 2 saylı Bakı “ASAN xidmət ” mərkəzinin birgə təşkilatçılığı ilə Respublika Stend Atıcılıq Mərkəzində Bakı “ASAN xidmət” mərkəzləri arasında stend atıcılıq yarışı keçirilib.
Yarışda 1-ci yerə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi, 2-ci yerə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi, 3-cü yerə 6 saylı Bakı “ASAN xidmət” mərkəzi layiq görülüb.