Cüdo üzrə paytaxt birinciliyinə yekun vuruldu
8-10 aprel 2022-ci il tarixində Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində U-15 kiçik yaşlı yeniyetmə idmançılar arasında Bakı şəhər birinciliyi baş tutub.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Bakı şəhərindən olan 52 klub, cəmiyyət və idman təşkilatından ümumilikdə 674 oğlan və 62 qız cüdoçu arasında 20 çəki dərəcəsində mükafatçılar bəlli olub.
3 gün davam edən yarışda ümumilikdə qızlar -28 kq., -32 kq., -36 kq., -40 kq., -44 kq., -48 kq., -52 kq., -57 kq., -63 kq. və +63 kq., oğlanlar isə -34 kq., -38 kq., -42 kq., -46 kq., -50 kq., -55 kq., -60 kq., -66 kq., -73 kq. və +73 kq. çəki dərəcəsində güclərini sınayıblar.
Yarışın üçüncü günündə oğlanlar arasında -42 kq. çəkidə 128 idmançı, -55 kq. çəkidə 68 idmançı, -73 kq. çəkidə 27 idmançı, +73 kq. çəkidə 26 idmançı, qızlar arasında isə -36 kq. çəkidə 5 idmançı, -48 kq. çəkidə 4 idmançı, -63 kq. çəkidə 5 idmançı, +63 kq. çəkidə 1 idmançı medallar uğrunda mübarizə aparıb.
Yekun nəticələrə görə, Fatimə Xairova (28 kq), Yağmur Abdullayeva (32 kq), Nərmin Məmmədli (36 kq), Dərya Bıkova (40 kq), Leyla Ələkbərova (44 kq), Nuranə Hacızadə (48 kq), Aysun Məmmədova (52 kq), Xəhra Hüseynzadə (57 kq), Mələk Bayramlı (63 kq), Xədicə Yangidina (+63 kq) qızlar arasında keçirilən yarışlarda yüksək nəticə əldə edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Rza Xəlili (34 kq), Anar Quliyev (38 kq), Xəzər Heydərov (42 kq), Əlimühsün Hacıyev (46 kq), Elnur Sultanov (50 kq), Əli Hümbətov (55 kq), Əhliman İsmayılov (60 kq), Amin Mehdiyev (66 kq), Seyid Şərifov (73 kq), Səid Hüseynov (+73 kq) isə oğlanların yarışında Bakı birinciliyinin qalibi olublar.