Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçiriləcək
Gimnastlar mayın 3 və 4-də keçiriləcək bədii gimnastika üzrə 27-ci Bakı birinciliyində qüvvələrini sınayacaqlar.
Milli Gimnastika Arenasında keçiriləcək yarışda 9 klubdan ümumilikdə 157 gimnast qüvvəsini sınayacaq.
Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər – 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü) mübarizə aparacaqlar.
İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.
Yarışlar hər gün saat 12:00-da başlayacaq.