Mayda taekvondo üzrə Bakı açıq birinciliyi keçiriləcək
9-10 may 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində taekvondo üzrə Bakı şəhər açıq birinciliyi keçiriləcək.
Turnir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunur.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Taekvondo Federasiyası tərəfindən təşkil olunacaq şəhər birinciliyində uşaq, yeniyetmə və gənc taekvondoçular mübarizə aparacaq.