Atçılıq idmanı üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir

     Novxanı qəsəbəsində yerləşən “Sərhədçi” atçılıq mərkəzinin örtülü manejində atçılığın konkur növü üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Yarışda “Günay” AİK, “Sərhədçi” AİK, “Murad” AİK və RAMBİOEUGİM-nin idmançıları ilə yanaşı Gürcüstanı təmsil edən idmançılar da iştirak etmişlər. Yarışda 11 nəfər idmançı 16 ədəd atla iştirak etmişdir.

    140-160 sm hündürlüklü maneələrin dəf olunması üzrə keçirilən yarışların yekun nəticələrinə görə  I yerə – Şalva Qaçeçiladze (Çevinq Qum 3) Gürcüstan, II yerə – Patrik Mak Ente (Vudi) “Sərhədçi” AİK, III yerə – Qeqi Metonidze (Eros) Gürcüstan layiq görülmüşlər.

   Yarışda I, II və III yerlərə layıq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir