Yeniyetmə və kiçik yaşlı şahmatçılar üçün seans oyunu təşkil edilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və kiçik yaşlı şahmatçılar üçün seans oyunu təşkil edilib. Şahmatçılar üçün seansı beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova və beynəlxalq qrossmeyster Nicat Məmmədov keçib. Seansda 24 şahmatçı iştirak edib.