Tələbələrin “Şöhrət” muzeyinə ekskursiyası təşkil edildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kolleci,  Bakı Biznes və Kooperasiya Kolleci və Azərbaycan Kooperasiya Universitetinin bir qrup fəal tələbələrinin  iştirakı ilə  Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya təşkil edilmişdir.

Əvvəlcə tədbir iştirakçıları  Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri qoyublar. Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

Qeyd edək ki, “Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.