XXV spartakiadanın proqramına daxil olan şahmat növü üzrə yarış keçirilmişdir.

    Respublika Şahmat Mərkəzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXV spartakiadanın proqramına daxil olan şahmat növü üzrə yarış keçirilmişdir. Yarışda 11 rayon komandası tərkibində 66 nəfər (onlardan 22 nəfəri qızlardır) məktəbli iştirak etmişdir. Yarıçın nəticələrinə görə I yerə Səbail rayonu 160 №-li Klassik Gimnaziyanın, II yerə Nizami rayonu 238 №-li tam orta məktəbin, III yerə Qaradağ rayonu 106 №-li tam orta məktəbin, IV yerə Xəzər rayonu 181 №-li tam orta məktəbin, V yerə Sabunçu rayonu 72 №-li tam orta məktəbin, VI yerə Nərimanov rayonu Bağça-məktəb-lisey kompleksinin, VII yerə Suraxanı rayonu 282 №-li tam orta məktəbin, VIII yerə Binəqədi rayonu 102 №-li tam orta məktəbin, IX yerə Yasamal rayonu 53 №-li tam orta məktəbin, X yerə Xətai rayonu Heydər Əliyev adına Liseyin və XI yerə Nəsimi rayonu 9 №-li tam orta məktəbin komandaları layiq görülmüşlər.

    Yarışın bağlanış mərasimində spartakiadanın baş hakiminin müavini, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov qalibləri təbrik etmiş, I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə təltiş olunmuşlar.

      XXV spartakiadanın dama və şahmat növləri üzrə yarışlarından sonra Səbail rayonu 3 xalla I yeri, Sabunçu və Qaradağ rayonları 6 xalla II-III yerləri tuturlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir