İnşa – yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri müəyyənləşib. Bununla əlaqədar olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsində mükafatlandırma tədbiri keçirilib. Tədbirdə gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov qalib gələn və fərqlənən iştiraskçıları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Qeyd edək ki,  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin  iştirakçıları  rayon mərhələsində iştirak etmiş şagirdlərdir. Müsabiqənin  Bakı şəhər mərhələsinə 50 -yə yaxın inşa yazı işləri təqdim olunmuşdur.

Fidan Hüseynova (Nizami rayonu 32  saylı məktəb) I yerə, Nurlan Cəbrayılzadə (Sabunçu  rayonu 80 saylı məktəb) II yerə, Xatirə Nəcəfli (Xətai  rayonu HFTML) III yerə layiq görülərək diplom və medallarla təltif olunublar. Eyni zamanda yazıları fərqlənən daha 10 şagird isə fərqlənmələr təqdim edilib.