Atletika üzrə Bakı yay çempionatının qalibləri müəyyənləşib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən atletika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınayıblar.
Çempionatda paytaxtın 10 komandasından 130 atlet birincilik uğrunda mübarizə aparıb.
Oğlanlar arasında uzunluğa tullanma yarışında Kəsgin Abbaszadə, yadro itələmə və lovhə atmada İsmayıl Əliyev, üçtəkanla tullanmada Rüstəm Məmmədov, hündürlüyə tullanmada Nikita Neftyakov, nizə atmada Orxan Qasımov qalib adını qazanıblar. Qızların yarışında isə üçtəkanla tullanmada Aysel Mehrəliyeva, uzunluğa tullanmada Yelena Pextireva, hündürlüyə tullanmada Aleksandra Biryukova, nizə atmada İradə Əliyeva, lövhə atma və yadro itələmədə isə Günel Hüseynova birinci yerə layiq görülüblər.
Oğlanlar arasında qaçış yarışlarında Əlhəm Nağıyev (100 m, 200 m), Teymur Salahzadə (400 m), Allahqulu Hüseynov (800 m), Yevgeniy Mordokov (1500m), Xudayar Əliyev (3000 m) birinci olublar. Qızların mübarizəsində isə Lamiyə Vəliyeva (100 m, 200 m), Günel Manafova (400 m, 800 m), Anastasiya Morozova (1500 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.