Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat turniri keçirildi
Bakı şəhər Gənclər və İdman Baş İdarəi tərəfindən 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş şahmat turniri keçirilib.
Turnirdə 130 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparıb. Yarış 5 yaş qrupu üzrə oğlanlar və qızlar arasında keçirilib.
Yaş qrupları üzrə Xalid Rəhmanov (5-6 yaş), Fateh Rzasoy (7-8 yaş), Kamran Şıxıyev (9-10 yaş), Rəhman Mehdili (11-12 yaş), Elgün Abbasov (14-15 yaş) birinci olublar.
Qaliblərə diplom və medallar təqdim edilib.