Aerobika üzrə Bakı birinciliyi keçirildi

Bakı Olimpiya İdman Kompleksində keçirilən aerobika üzrə Bakı birinciliyində “Ocaq Sport” klubu, “Zirvə”İK, “Grasiya” İK və Sumqayıt OİK-ni təmsil edən  gimnastlar qüvvəsini sınadı.

Bakı birinciliyində gimnastlar balacalar (2014-2015-ci il), uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər) mübarizə apardılar.
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında tamaşaçılara öz maraqlı proqramlarını təqdim etdilər.

Gərgin mübarizədə Mədinə İbrahimli 1-ci, Melisa Mustafazadə 2-ci, Leyla Mahmudova 3-cü yer tutublar. Hər 3 gimnast “Ocaq sport” klubunu təmsil edir.