“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Uşaqlar Gülsün Deyə” adlı festival keçirilib
Nardaran qəsəbəsində Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Uşaqlar Gülsün Deyə” adlı festival keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunçu Rayon Gənclər və İdman İdarəsi, Sabunçu rayon orta ümumtəhsil və idman məktəblərinininin şagirdləri, ictmaiyyət nümayəndəlri, ziyalılar, qazilər, Vətən Mühariəsi iştirakşıları, mədəniyyət ocaqlarının və dost mərkəzinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə tamaşa edilmiş, rəngarəng əl işləri sərgiyə gələnlərdə xoş ovqat yaratmışdır. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bayram tədbirində iştirak edən uşaqları salamlayaraq, “1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə təbrik edərək bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır.
Sonra musiqiçilərin şən ifaları altında uşaqlar xeyli rəqs etmiş, yallı getmiş daha sonra isə öz məharətlərini göstərərək şer, mahnılarla həmyaşıdları qarşısında çıxış etmişlər. Festivalda idmanın müxtəlif növləri üzrə yarışlar keçirilib, balaca idmançılar da öz məharətlərini göstəriblər. Uşaqlar bayramı böyük sevinclə qeyd ediblər.
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunmuş festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı, həm də onların xoşbəxt, sağlam böyüyüb yetişməsinə, təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına bir daha cəmiyyətin diqqətini yönəltmək məqsədini daşıyır.