Konkur yarışının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında “26 iyul Gənclər və İdman Nazirliyinin yaranması günü”nə həsr olunmu. atçılıq idmanı (maneələri dəfetmə) üzrə Bakı şəhər turniri keçirilmişdir. 60 – 80 sm hündürlükdə maneələri dəfetmə üzrə yarışda I yeri Valonka ləqəbli atla Məryəm Lütvəlibəyova, II yeri Light Limerick ləqəbli atla Murad Əlizadə, III yeri Samur ləqəbli atla İlham Əlizadə, 100– 105 sm hündürlükdə maneələri dəfetmə üzrə yarışda I yeri Alart S ləqəbli atla Aydan Ağayeva, II yeri Light Limerick ləqəbli atla Murad Əlizadə və III yeri Tibet ləqəbli atla Leyla Mirzəyeva tutmuşlar.
Yarışda RAMBİOEUGİM-nin direktoru Kərim Zamanov və Baş İdarənin məsul əməkdaşı Elmar İbadlı idmançıları salamlayaraq onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif edilmişlər.