Nəsimi rayonunda “12 avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə tədbir keçirilib
Azərbaycan Universitetində Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclik gələcəkdir” mövzusunda gənclərlə görüş keçirilib. Tədbirdə Nəsimi Rayon Ícra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi müavini Aydın Yusifov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Nəsimi Rayon Ícra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov və tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən qonaqlar Azərbaycanda həyata keçirilən uğurlu və səmərəli gənclər siyasətindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bugün Azərbaycan gəncləri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuşdur. Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin fonunda gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Daha sonra tədbir diskussiya formatında davam etdirilib.
Tədbirin sonunda Nəsimi rayonunun ictimai həyatında aktiv fəaliyyət göstərən gənclər fəxri fərmanla təltif olunublar.