Şamaxı rayonunda günərzi yay düşərgəsi təşkil olunub

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə uşaq və yeniyetmələr üçün Şamaxı rayonunda növbəti günərzi yay düşərgəsi təşkil olunub. Düşərgədə qazi, aztəminatlı və çoxuşaqlı ailələrin övladları istirahət ediblər.
Düşərgə müddətində iştirakçılar üçün maraqlı və əyləncəli oyunlar, intellektual oyunlar, komanda quruculuğu, şahmat, dama kimi idman yarışları təşkil olunub.
Günün sonunda düşərgə iştirakçılarına təlimlərdə və oyunlarda fəal iştiraklarına görə diplomlar təqdim edilib.