Baş İdarədə qalib idmançılarla görüş keçirildi
Estoniyanın Tallin şəhərində taekvondo üzrə keçiriliən klublararası Avropa çempionatında uğurla çıxış etmiş balaca idmançılarla görüş keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) təşkil edilən görüşdə idarənin rəisi Raqif Abbasov, kütləvi -bədən tərbiyəsi sektorunun müdiri Samir Salehov, taekvondo üzrə ikiqat Avropa çempionu, Ümid İdman Klubun rəhbəri və baş məşqçisi İlkin Şahbazov iştirak ediblər.
Raqif Abbasov balaca idmançılarımızın qazandıqları nəticələri yüksək qiymətləndirərək onlara gələcək yarışlarda yenə də qələbə qazanacaqlarını arzu edib.
Qeyd edək ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunan “Ümid” taekvondo klubunun yetirmələri Sabir Məmmədli (27 kq) qızıl medala, Coşqun Məmmədzadə (33 kq) gümüş medala, Rasim Qarayev (27 kq) və Kənan Balayev (30 kq) isə bürünc medallara sahib olublar.
Sonda balaca idmançılarla xatirə şəkli çəkdirilərək onlara hədiyyələr təqdim olunub.