Ciu citsu üzrə Bakı şəhər turniri keçirilib

Milli Olimpiya Komitəsinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş Sərhədçi İdman  Mərkəzində ciu citsu üzrə Bakı şəhər turniri keçirilib.

Baş İdarənin və Azərbaycan Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda paytaxtın 13 klubundan 200-ə yaxın idmançı iştirak edib.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışın qalibləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom  və medallarla təltif ediliblər. Nəticələrə görə Ömər Bəkirov, Emil verdiyev, Ömər Atakişiyev, Hüseyn Eminli, Fuad Muradov, Kərəm Mamedov, Həsən Səfərəliyev, Ağabəy Cəbiyev, Ömər Ağayev müxtəlif çəki dərəcələrində I yerə layiq görülmüşlər.